60 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı

60 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı
SOSİAL
14:30 01.04.2026
361
Salyanda yol kənarında meyiti tapılan şəxsin kimliyi müəyyən edilib.

Meyiti tapılan şəxsin Salyan şəhər sakini 85 yaşlı Rafael Nəsirov olduğu müəyyən olunub.

Rafael Nəsirovun bu il yanvarın 31-də itkin düşdüyü bildirilir. Meyit Kürqaraqaşlı kəndində yolun kənarında yerləşən kollektordan tapılıb.

Onun kollektora düşərək boğulduğu ehtimal edilir.
OXŞAR XƏBƏRLƏR