Avstraliyada uşaq bağçasında çalışan Aşley Pol Qriffit adlı şəxs 60 nəfər qız uşağına qarşı cinsi istismarda günahlandırılıb.
AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, Qriffitin uşaqlara qarşı zorakılığı 2003-2022-ci illər arasında Avstraliya və İtaliyada baş verib.
Uşaq bağçasında baxıcı işləyən 46 yaşlı Eşli Pol Qriffit uşaqlara cinsi təcavüz etdiyini etiraf edib.
Brisbane Rayon Məhkəməsində baxılan iddiada 307 ittihamla ittiham olunan Qriffit Avstraliya və İtaliyada əksəriyyəti 12 yaşdan kiçik olan 60 qıza təcavüz etdiyi üçün məhkəmə tərəfindən günahkar bilinib.
Hazırda həbsdə olan Qriffitin cəzası daha sonra müəyyənləşəcək.
Aysel