60 yaşlı müğənni estetik əməliyyat etdirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl dəfələrlə plastik əməliyyat keçirən 60 yaşlı müğənni Seda Sayan tətildən sonra gözəllik mərkəzində görüntülənib.
İllərdir etdiyi hər proseduru İnstaqram hesabında açıq şəkildə paylaşan Seda Sayan sinə nahiyəsindəki qırışlardan xilas olmaq üçün "Dekolte Canavarı", üzünə isə "Qızıl toxunuş" etdirib.
Həmin anları 3,5 milyon izləyicisi olan İnstaqram hesabında paylaşan Sayan, "Etdiklərim hər şeyi dərc edirəm, gizlətmirəm" deyib.
Günel