6000 adam Yeni ili soyuq suda qeyd etdi - FOTO

DÜNYA
18:37 06.01.2013
2350
Belçikada minlərlə adam Şimal dənizinin soyuq suyunda çimərək, yeni ili qeyd edib. Qeyri-adi aksiya Belçikanın Ostende şəhəri sahillərində təşkil edilib. Ümumilikdə 6000-ə yaxın insan qumun üstündə qaçaraq, soyuq suya girib. Aksiyanın təşkilatçıları suda temperaturun 10 dərəcə Selsiyə çatdığını və normalda üzmək üçün çox soyuq olduğunu bildiriblər.Qeyd edək ki, ənənəvi olaraq keçirilən və "yeni il suya başvurması" adlandırılan aksiya dekabrın 31-də baş tutmalı idi, lakin bu il həmin vaxt Şimal dənizinin Belçika sahillərində əlverişsiz hava şəraiti olduğundan, aksiya bir həftə təxirə salınmışdı.

OXŞAR XƏBƏRLƏR