Lütviyə İsmayılova mənzildə məktəbli nəvəsi ilə tək yaşayırmış.
Samuxda 62 yaşlı qadının yaşadığı mənzildə meyidi tapılıb. Qarətçilər əvvəlcə qadının əl-qolunu bağlayıb, sonra isə başını kəsərək mənzili yandırıblar.
Bu gün axşam saatlarında Samux şəhərində Lütviyə İsmayılovanın yaşadığı mənzildə yanğın hadisəsi baş verib. Alovu görən qonşular dərhal hadisə yerinə Samux Dövlət Yanğından Mühafizə Hissəsinin briqadasını çağırıblar.
Hadisə yerinə cəlb olunan 2 yanğınsöndürmə briqadası alovun ətraf ərazilərə yayılmasının qarşısını ala bilib. Bundan sonra mənzildən ev sahibi 62 yaşlı Lütviyə İsmayılovanın əl-qolu bağlı vəziyyətdə yanmış meyiti tapılıb. Dərhal hadisə yerinə rayonunun hüquq-mühafizə orqanı əməkdaşları da cəlb edilib. Zəruri istintaq araşdırmaları aparılıb.
Mərhumun qohumu:"Biz uzaqda oluruq, kəndin lap ayağında. Oğlu, yoldaşı yoxdu".
Mərhumunqohumu: "Biz qohumuyuq, gəlinimizin anasıdır. Eşitdik gəldik ki, görəsən hadisə necə olub".
Lütviyə İsmayılova mənzildə məktəbli nəvəsi ilə tək yaşayırmış. Hadisə vaxtı nəvəsi məşğələdə olub. Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi başlanılıb. İlkin versiyalara görə, cinayət qarət məqsədilə törədilib. Hazırda hadisənin kim yaxud kimlər tərəfindən törədildiyi araşdırılır. (Region TV)