"63 il sonra AZTV-yə BDU Jurnalistika fakültəsinin məzunu rəhbərlik edəcək"

"63 il sonra AZTV-yə BDU Jurnalistika fakültəsinin məzunu rəhbərlik edəcək"
MEDİA
14:44 04.09.2019
3455
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin edilməsi haqqında sərəncam imzalayıb. 

AZXEBER.COM xəbər verir ki, Prezidentin bu sərəncamı sosial şəbəkələrdə də rəğbətlə qarşılanıb.
 
BDU Jurnalistika fakültəsinin müəllimi, professsor Nəsir Əhmədli bu sərəncamı belə şərh edib: 
 
"Sevindim. 63 ildən sonra AzTV-yə ilk dəfə olaraq BDU Jurnalistika fakültəsinin məzunu, "Jurnalistika" ixtisası üzrə filologiya elmləri doktoru alimlik dərəcəsi olan şəxs (Rövşən Məmmədov) sədr təyin edildi.

Təbrik edirəm və inanıram ki, Rövşən bəy etimadımızı şərəflə doğruldacaq, səlahiyyəti daxilində mümkün olan islahatlar aparacaq, peşəkar fəaliyyəti ilə "çörəyi çörəkçiyə verməyin" üstünlüklərini hamıya göstərəcək. Uğur olsun!"
OXŞAR XƏBƏRLƏR