ABŞ-ın Kaliforniya ştatında dəhşətli hadisə baş verib.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 63 yaşlı qadına 4 pitbul iti hücum edərək onun ölümünə səbəb olub.
Səhər idmanı üçün evdən çıxan qadına itlərin hücumunu görən hadisə şahidləri polisə məlumat verib. Maraqlı burasıdır ki, itlər polislərə də hücum etməyə çalışıb. Amma onlara atəş açılında itlər hadisə yerindən qaçıblar.
İndi polis qadının ölümünə səbəb olan itləri axtarır.Ayşə İsazadə