“65 mini səhhətimə görə almışam” - Məhkəmədə etiraf

“65 mini səhhətimə görə almışam” - Məhkəmədə etiraf
SOSİAL
22:00 09.04.2026
741
Külli miqdarda mənimsəmədə təqsirləndirilən "Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, onunla birlikdə ittiham olunan Əvəz Süleymanov və Ruslan Ələsgərovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əvəz Süleymanov ifadə verib.

O, ifadəsində bildirib ki, "Azərşəkər”də Texniki və Texnoloji İşlər üzrə direktor müavini və digər vəzifələrdə çalışıb:

"Mən heç bir layihədə mənimsəmə etməmişəm. Çünki vəzifəm buna imkan vermirdi. Mən sadəcə texniki qiymətləndirmədə iştirak edirdim. Layihəyə nə qədər məbləğ ayrıldığını iş başlayandan sonra bilirdim. Torpağı çox yaxşı tanıyıram, əraziləri bilirəm. Bəzən layihələrə nəzarət edirdim. Pul işlərinə maliyyə şöbəsi, mühasibatlıq baxırdı. İşimin 60-70 faizi rayonlarda keçirdi. Mən texniki adamam, maliyyə işləri məni maraqlandırmırdı. Bu işə niyə məni cəlb etdiklərini bilmirəm, sadəcə texniki problemlərin həllinə kömək etmişəm. Əməkhaqqımdan əlavə heç bir pul almamışam”.

Təqsirləndirilən şəxs sualları cavablandırarkən bildirib ki, onun Anar Mehdiyevlə yalnız texniki mövzularla bağlı söhbətləri olub.

O, hakimlərin suallarını cavablandırarkən isə qeyd edib ki, Ruslan Ələsgərovdan pul alıb:

"Mən iki dəfə Ruslan bəylə görüşərək ondan ümumilikdə 65 min manat pul almışam. Bu vəsaiti səhhətimlə bağlı xərclər üçün götürmüşəm”.

Növbəti məhkəmə prosesi mayın 14-nə təyin edilib.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 800 min manat məbləğində vəsaiti mənimsəyiblər. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 313-cü (vəzifə saxtakarlığı) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Onların barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər ibtidai istintaq dövründə vurulan ziyanı tam ödəyiblər.

Zərərçəkmiş qismində "Azərşəkər” MMC və "Dastan Agro” şirkəti tanınıb.

Anar Mehdiyev 2024-cü ilə qədər "Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri olub. O, eyni zamanda "Dastan Agro” MMC-nin təmsilçisidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
01:45 11.04.2026
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
01:04 11.04.2026
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
00:48 11.04.2026
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
00:09 11.04.2026
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
00:06 11.04.2026
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
23:55 10.04.2026
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
23:46 10.04.2026
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
23:41 10.04.2026
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
23:25 10.04.2026
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
23:17 10.04.2026
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
23:12 10.04.2026
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
23:02 10.04.2026
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
Ötən ay kanalda batan gəncin meyiti tapıldı
22:49 10.04.2026
Ötən ay kanalda batan gəncin meyiti tapıldı
Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ
22:41 10.04.2026
Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ
Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO
22:29 10.04.2026
Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO
Şahbaz Şərif: ABŞ və İran rəsmiləri arasında danışıqlar aprelin 11-də baş tutacaq
22:25 10.04.2026
Şahbaz Şərif: ABŞ və İran rəsmiləri arasında danışıqlar aprelin 11-də baş tutacaq