65 yaşdan sonra işləyənlərə şad xəbər: Pensiya arta bilər

65 yaşdan sonra işləyənlərə şad xəbər: Pensiya arta bilər
SOSİAL
13:09 20.07.2026
446
Azərbaycanda pensiya yaşına çatdıqdan sonra da rəsmi əmək müqaviləsi olmadan çalışmağa davam edənlərin sayı az deyil. Lakin bu şəxslərin adına sosial sığorta haqlarının ödənilməməsi gələcəkdə pensiyalarının yenidən hesablanması və ya əlavə pensiya hüquqlarının yaranması ilə bağlı suallar doğurur.

Bəs rəsmi işləməyən şəxslərin pensiyasının artırılması mümkündürmü?

Mövzu ilə bağlı danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, qüvvədəki qanunvericiliyə əsasən, rəsmi əmək münasibətləri olmadan çalışan şəxslərin pensiya kapitalı formalaşmır.

"Pensiya kapitalı olmadığı üçün onların pensiyalarının yenidən hesablanması və artırılması mümkün deyil. Bu məsələ qanunvericilikdə açıq şəkildə öz əksini tapıb.

Bu qaydanın bir istisnası mövcuddur. 65 yaşdan sonra vətəndaş rəsmi qaydada işləyərək müəyyən məbləğdə pensiya kapitalı formalaşdırarsa, 6 il tamam olduqdan sonra onun pensiyası yenidən hesablanır. Bu zaman sistem avtomatik olaraq yaşa görə pensiyanı dayandırır və şəxsə əmək pensiyası təyin edilir. Nəticədə pensiyanın məbləği artır”.

İqtisadçı vurğulayıb ki, vətəndaş 65 yaşına qədər yalnız qeyri-rəsmi işləyibsə, həmin əmək fəaliyyəti hüquqi baxımdan iş stajı və ya pensiya kapitalı kimi qəbul edilmir.

"Qeyri-rəsmi əmək fəaliyyəti sübut kimi qəbul edilmir. Belə şəxslərin işlədiyi illəri sonradan pensiya hesablanarkən nəzərə almaq mümkün deyil. Çünki onların adına sosial sığorta haqları ödənilməyib və pensiya kapitalı formalaşmayıb”, – o, qeyd edib.

R.Abbasbəyli onu da vurğulayıb ki, dövlət tərəfindən həyata keçirilən ümumi pensiya artımları bütün müvafiq pensiya növlərinə şamil olunur. Lakin bu artımlar fərdi qaydada pensiyanın yenidən hesablanması anlamına gəlmir.

"Ölkədə pensiyalar üzrə ümumi indeksləşdirmə və ya sosial xərclərlə bağlı artımlar həyata keçirilərsə, həmin artımlar yaşa görə pensiya alan şəxslərə də tətbiq edilir. Ancaq uzun illər qeyri-rəsmi fəaliyyət göstərən vətəndaşın sonradan işləmiş kimi göstərilərək pensiyasının artırılması qanunvericiliyə uyğun deyil”.  
 
///konkret.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
17:40 27.10.2026
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
17:39 27.10.2026
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
17:34 27.10.2026
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri