65 yaşdan yuxarı 273 nəfər narkotik maddə istifadəçisidir

65 yaşdan yuxarı 273 nəfər narkotik maddə istifadəçisidir
KRİMİNAL
19:30 15.02.2023
804
"Yaşı 15-17 aralığında olan 11 nəfər psixiatrik maddədən istifadə edir”.

Bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram” səhifəsində növbəti canlı yayımın qonağı olan nazirliyin mütəxəssis-eksperti Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib.

Onun sözlərinə görə, 2022-ci ilin hesabatına əsasən, ölkə üzrə 35 097 nəfər narkotik maddə istifadəçisidir:

"Onlardan 572-si qadındır. 273 nəfər isə 65 yaşdan yuxarı olanlardır. Narkotik maddələrdən istifadə edənlərin sayı ildən-ilə artır. Bu da özünəməxsus təsirlərini göstərir.

Narkotik vasitələri qəbul edən şəxslər ilk müddətdə bunu məharətlə gizlədirlər. İlk olaraq yuxusuzluq problemi ilə üzləşirlər. Əlamətlər isə hər narkotik vasitədən asılı olaraq dəyişir”.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR