67 yaşlı kişini maşın vurdu

67 yaşlı kişini maşın vurdu
SOSİAL
15:19 04.07.2018
5063
Gəncədə piyadanı avtomobil vurub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhər avtovağzalının qarşısında qeydə alınıb.

Yolu keçmək istəyən 1951-ci il təvəllüdlü Rzayev Həsən Əli oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Xəsarət alan H. Rzayev dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR