67 yaşlı qadını zorlayıb yuxuya getdi

67 yaşlı qadını zorlayıb yuxuya getdi
DÜNYA
15:37 04.04.2017
9337
Türkiyənin Mərmərə bölgəsində yerləşən Tekirdağda tükürpədici cinayət hadisəsi baş verib.

Tekirdağın Hayrabolu mahalında tək yaşayan 67 yaşlı N.G. adlı qadını zorlamaqda təqsirləndirilən 26 yaşlı R.D. həbs edilib.

İddiaya görə, dünən gecə spirtli içki qəbul edən R.D eyni məhəllədə tək yaşayan N.G.-nin evinə girib. R.D. tapançayla təhdid etdiyi qadına təcavüz edib. R.D.-nin spirtli içkinin təsiri ilə bir müddət sonra yatmasını fürsət bilən N.G. polisə zəng edib.

Nəzarətə alınan R.D. sərxoş olduğu üçün olanları xatırlamadığını söyləyib. Müayinədən keçirilən qadının zorlandığı təsdiqini tapıb. Polis şöbəsindəki dindirilməsinin ardından məhkəmə qarşısına çıxarılan R.D. haqda həbs qərarı verilib.
 
///Milli.Az
OXŞAR XƏBƏRLƏR