68 ildir evli olan cütlük eyni gündə 10 dəqiqə ara ilə öldü

MARAQLI
13:59 27.01.2020
8933
Türkiyənin Bodrum şəhərində 68 illik evli olan Şevket və Ayşe Yılmaz eyni gündə vəfat edib.
 
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, 2 uşaq anası Ayşe Yılmaz dünən axşam oğlu Mehmet Yılmaz tərəfindən yatağında ölü tapılıb.
 
68 illik həyat yoldaşının ölümünə dayana bilməyən Şevket Yılmaz da 10 dəqiqə arayla vəfat edib.
 
Eyni gündə hər iki valideynini itirən Mehmet Yılmaz üzüntülərini bu sözlərlə qeyd edib: "Anam da atam da yataq xəstəsi idilər. Səhər yeməklərini vermək üçün evə gəldiyimdə anamın cansız bədənini tapdım. Atam buna dözə bilməyib 10 dəqiqə sonra vəfat etdi”.
 
Cütlük dünən günorta saatlarında Bozalan Qəbrstanlığında birlikdə dəfn edilib. 68 il evli qalan cütlükdən geri qalan 14 il bundan öncəki fotoları oldu.
 
Mələk Cabbar

OXŞAR XƏBƏRLƏR