68 yaşlı tanınmış rejissor özünü öldürdü

MAQAZİN
08:01 21.08.2012
2487

Hollivud rejissoru və prodüseri Entoni Skott intihar edib.

“Ən yaxşı atıcı”, “Cəsus oyunları” və digər fimləri ilə məşhur olan rejssor Los-Anceles yaxınlığındakı körpüdən özünü ataraq öldürüb.

Associated Press isə yazır ki, 68 yaşlı rejissorun avtomobilində ölümqabağı yazdığı kağız tapılıb. Lakin onun mətni haqda heç bir açıqlama verilmir.

Xatırladaq ki, E. Skott şimal-şərqi İngiltərədə yerləşən kiçik bir şəhərdə dünyaya gəlib. O, ilk debütünü hələ 16 yaşı olarkən edib. Daha sonra o reklamlara üstünlük verib. Xaricdə fəaliyyətə isə ötən əsrin 70-80-ci illərində Hollivuda gəldikdən sonra “Metro-Goldwyn-Mayer” şirkəti ilə əməkdaşlıqla başlayıb.

Entoni Skott Devid Boui, Katrin Denev, Tom Kruz, Brüs Uillis, Heri Oldmen kimi tanınmış aktyorlarla çalışıb.

//anspress

OXŞAR XƏBƏRLƏR