69 yaşlı sevgilisini boğaraq öldürən şəxsə hökm oxundu

69 yaşlı sevgilisini boğaraq öldürən şəxsə hökm oxundu
18:18 25.02.2013
1181

Bakı Ağır Cinayətlər Məhkəməsində 52 yaşlı Məhərrəmov Sabir Əhməd oğlunun məhkəməsi başa çatıb.AZXEBER.COM-un məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə Sabir Məhərrəmov 14 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, ötən ilin oktyabrın 14-də Bülbülə qəsəbəsində yaşayan 69 yaşlı Vera Kərimova öz evində meyiti tapılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Məhərrəmov Sabir Əhməd oğlu ələ keçib.Araşdırmalar zamanı məlum olub ki, uzun müddət Vera xanımın evində kirayə yaşayan Sabir həmdə onunla qeyri-rəsmi ər-arvad münasibətində olub. Hadisə günü yeyib-içən sevgililər arasında mübahisə düşüb, nəticədə də Sabir onu boğaraq qətlə yetirib.

OXŞAR XƏBƏRLƏR