7 ay əvvəl vəzifəyə təyin edilən şəxs işdən çıxarıldı

7 ay əvvəl vəzifəyə təyin edilən şəxs işdən çıxarıldı
SOSİAL
10:37 05.09.2023
193
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun inzibati məsələlər üzrə müavini Ruslan Əliyevin işinə xitam verilib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bu ilin fevral ayında adıçəkilən vəzifəyə təyin edilən R.Əliyevin işinə xitam verilərək tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, R.Əliyev Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri, Nizami rayon şöbəsində Pensiya sektorunun müdiri vəzifəsindən azad edilərək bu vəzifəyə təyinat almışdı.
OXŞAR XƏBƏRLƏR