7-ci dəfə ata olan aktyor qızının fotosunu paylaşdı - FOTO

7-ci dəfə ata olan aktyor qızının fotosunu paylaşdı - FOTO
DÜNYA
11:13 15.05.2023
175
Kino tarixinə damğasını vuran, bir çox filmdə rol alan 79 yaşlı amerikalı aktyor Robert De Niro yeddinci övladının adını və üzünü paylaşıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 79 yaşlı məşhur aktyor Robert De Niro yeddinci övladını dünyaya gətirən 45 yaşlı sevgilisi Tiffani Çen ilə Nyu-Yorkda hamiləlik klinikasına girərkən görüntülənib.

Ötən həftə ET Canada-ya verdiyi müsahibədə bir müxbir altı uşaq atası olmağın necə bir hiss olduğunu soruşduqda De Niro "indi yeddi" deyərək son uşağının doğulduğunu elan edib.

Ustad aktyorun bu xəbəri təəccüb doğursa da, aprel ayında dünyaya gələn körpənin adının Gia Virciniya Çen-De Niro olduğu öyrənilib.

Doğuşun sürpriz olmadığını və körpənin planlaşdırıldığını bildirən De Niro "hər ikisi körpəni istədiklərini və çox xoşbəxt olduqlarını" sözlərinə deyib.

Qeyd edək ki, məşhur aktyorun daha altı övladı var.
 
Mikayıl
 

 


OXŞAR XƏBƏRLƏR