7-ci mikrorayonda möcüzə - FOTOLAR

7-ci mikrorayonda möcüzə - FOTOLAR
17:22 04.06.2012
4896
Artıq “Bolluq” bazarı yaxınlığında olan əhali dadlı və keyfiyyətli tortlar almaq üçün daha uzaqda yerləşən “Çudo Peçka”lara getmək məcburiyyətində qalmayacaq. Eləcə də, günün hər saatında rahatlıqla yaxınlıqdakı mağaza-kafedə yemək yeyə biləcəklər.Çünki “Çudo Peçka” yeni mağaza-kafesini 7-ci mikrorayon ərazində, Fərman Məlikov 11 ünvanında açdı. Bu ildən etibarən hər ay ən az bir yeni mağaza açan şirkət növbəti mağazasını iyun ayı girər-girməz istifadəyə verdi.Açılış mərasiminə olan əhalinin marağı insanların “Çudo Peçka”ya sevgisini və ərazidə bu kafe-mağazalar şəbəkəsinin filialına olan ehtiyacı göstərirdi. Yeni mağazanın açılış lenti kəsilər-kəsilməz içəri bir anda insanlarla dolub-daşdı.Qonşuluqda yaşayan əhali yeni “Çudo Peçka”nın bu ərazidə açılmasına görə şirkət nümayəndələrinə təşəkkürlərini bildirdilər.
OXŞAR XƏBƏRLƏR