Türkiyədə musiqi və media dünyasının ən nüfuzlu mükafatlarından biri olan "7-ci Muziconair Mükafatları" baş tutub.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecədə Kənan Doğulu, Aleyna Tilki, Ebru Yaşar, Semiramis Pekkan, Gülden Karaböcek, Acun Ilıcalı və Alişan da daxil olmaqla bir çox məşhur adlar mükafatlandırılıb.
Maltepe Universitetinin ev sahibliyi etdiyi qırmızı xalça mərasimi ilə başlayan tədbir mükafatlandırma mərasimi ilə davam edib.
Gecəni təcrübəli adlar Sevtap Gül və Ceyhun Yılmaz aparıb.
Gecədə incəsənət və media dünyasının önəmli nümayəndələri bir araya gəlib.
Aysel