Göyərtəsində 7 nəfərin olduğu təyyarə yoxa çıxdı

Göyərtəsində 7 nəfərin olduğu təyyarə yoxa çıxdı
DÜNYA
09:58 04.05.2023
179
Mayın 1-dən Kolumbiyada göyərtəsində 7 nəfərin olduğu kiçik təyyarədən heç bir xəbər yoxdur.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Quaviare prefekturasının San Xose şəhərində qəzaya uğradığı güman edilən kiçik HK 2803 təyyarəsinin izləri hələ də tapılmayıb.
 
Ararakuara və San Xose del Quaviare bölgəsində uçarkən siqnalı kəsilən kiçik təyyarədə 7 nəfərin olduğu bildirilib.

Mülki Aviasiya və Kolumbiya Hərbi Hava Qüvvələri tərəfindən verilən açıqlamada axtarışların Apaporis çayı yaxınlığındakı meşəlik ərazidə aparıldığı və axtarışların Amazon bölgəsinə doğru genişləndiriləcəyi qeyd edilib.

Təyyarədə olanlar arasında 11 aylıq körpə və 4 yaşlı uşaq olduğu paylaşılıb.

Səlahiyyətlilər itkin düşən təyyarənin qalıqlarını tapmaq üçün ərazidə yaşayan yerli icmalardan kömək istəyib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR