Avropa İttifaqı (Aİ) Rusiyanın daha yeddi bankını SWIFT sistemindən kənarlaşdırıb.
AZXEBER.COM verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında deyilir. Jurnalda qeyd olunan məlumata görə, "VTB", "Rossiya", "Otkrıtiye", "Novikombank", "Promsvyazbank", "Sovkombank" və "Vneşekonombank" bankları bu sistemin xidmətlərindən yararlana bilməyəcək.
Rusiyanın digər bankları barəsində bu cür qərar verilməyib.