ABŞ-ın Texas ştatında polis 9 aylıq körpənin 7 saatdan çox maşında tək qaldıqdan sonra öldüyünü açıqlayıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, polis hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.
Polisdən verilən açıqlamada bildirilib ki:
"İlkin istintaq zamanı müəyyən edilib ki, uşağın nənəsi bu gün səhər saat 9:30 radələrində uşağı avtomobilin arxa tərəfində yerləşən təhlükəsizlik oturacağında qoyub. Uşaq təxminən 17:00 radələrində nənəsi tərəfindən maşında hərəkətsiz vəziyyətdə tapılıb".
Qeyd edək ki, bu il ABŞ-də insanların avtomobildə qalması nəticəsində 26 ölüm hadisəsi qeydə alınıb.