Türkiyədə dəhşətli qətl hadisəsinin detalları məlum olub.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, 7 yaşlı oğlu Ercan Kaya Kunduracını öldürən Bilge Lord Kunduracı adlı qadının uşağın qanlı fotosunu çəkib ayrılmaq üzrə olduğu ərinə göndərdiyi ortaya çıxıb.
4 gün öncə oğlu Ercan Kayanı yuxuda olarkən 17 bıçaq zərbəsi ilə öldürən qadın cinayəti oğlunu ondan boşanmaq istəyən ərindən intiqam almaq məqsədi ilə törətdiyini deyib:
"Oğlumla birlikdə fotosunu Facebook-da paylaşınca onu əlimdən alacaq deyə qorxdum. Oğlumu əlimdən almaqdansa, ona bir ömür həsrət qalsın istədim. Buna görə oğlumu öldürdüm".