Diyarbəkirdə işlək halda olan avtomobilin sükanı arxasına keçən 7 yaşlı uşaq qardaşını vurub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 5 yaşlı uşaq dünyasını dəyişib.
Diyarbəkirin Bağlar bölgəsində bir ərazidə sürücünün tərk etdiyi ticarət maşınına minən 7 yaşlı Ö.H.B. maşını idarə etməyə başlayıb.
Uşaq 5 yaşlı qardaşı S.B-ni vurub. Qəzadan sonra avtomobil sahənin divarına dəyərək dayana bilib.
Həkimlər tərəfindən xəstəxanaya aparılan S.B dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Ayşən