70 ölkədən quşçuluq məhsullarının gətirilməsi məhdudlaşdırıldı

70 ölkədən quşçuluq məhsullarının gətirilməsi məhdudlaşdırıldı
SOSİAL
14:20 29.06.2022
170
Hazırda quş qripi ilə bağlı quşçuluq məhsullarının Azərbaycana gətirilməsinə məhdudiyyət tətbiq edilən ölkələrin sayı açıqlanıb.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında deyib ki, hazırda 70 ölkədən Azərbaycana quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət var.

O xatırladıb ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Ümumdünya Ticarət Təşkilatı ilə razılaşmasına görə heyvan mənşəli məhsulların, o cümlədən də ətin dövriyyəsi onların verdiyi məlumata əsasən tənzimlənir:

"Biz də təşkilatın üzvüyük və hər gün hansı ölkədə hansı xəstəliklərin qeydə alınması ilə bağlı məlumat alırıq. Buna uyğun da hansı ölkəyə məhdudiyyət, hansına qadağa tətbiq olunması qərara alınır.

Biz gözləyə bilmərik ki, hansısa ölkədən bizə məhsul gətirilir, ya gətirilmir. Məsələ ondadır ki, heç bir sahibkar hansısa ucqar ölkədən məhsul gətirməsin. Ona görə də qabaqlayıcı tədbirlərimizi elan edirik".

Şöbə müdiri bildirib ki, müxtəlif xəstəliklər üzrə məhdudiyyət tətbiq olunan ölkələrin sayı fərqlidir:

"Məsələn, quş qripi ilə əlaqədar hazırda 70 ölkədən Azərbaycana quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunub. Amma burada bütün ölkə yox, ayrı-ayrı bölgələrin adları var.

Hansı zonada xəstəlik aşkarlanıbsa, 10 kilometr ərazidə məhdudiyyət tətbiq edilir. Məhdudiyyətlərin müddəti də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına görə tənzimlənir və 3 aydan 12 ayadək davam edə bilər".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
19:27 18.06.2026
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
19:12 18.06.2026
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
18:59 18.06.2026
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
18:48 18.06.2026
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
18:37 18.06.2026
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb
18:23 18.06.2026
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb