700-dən çox insan xəstəxanaya yerləşdirildi: Qum fırtınası İranda həyatı iflic etdi

700-dən çox insan xəstəxanaya yerləşdirildi: Qum fırtınası İranda həyatı iflic etdi
DÜNYA
11:59 14.08.2023
175
İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum və toz fırtınalarının yaratdığı müxtəlif şikayətlərlə xəstəxanalara 733 nəfər müraciət edib.

AZXEBER.COM xəbər verir ki, İranın rəsmi agentliyi İRNA-ya danışan Sistan-Bəlucistan Fövqəladə Hallar İdarəsinin rəisi Məcid Muhibbi vəziyyətlə bağlı məlumat verib.

Muhibbi deyib: "Qum və toz fırtınası səbəbindən Sistan-Bəlucistanın şimalında yerləşən Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində 3 gündə 733 nəfər xəstəxanalara müraciət edib. Onlardan 58 nəfəri xəstəxanalara yerləşdirilərək müalicə olunub”. 

Sistan-Bəlucistan meteorologiyasının baş direktoru Muhsin Haydari bildirib ki, havada tozun miqdarının artması səbəbindən Zabulda görmə məsafəsi 3 kilometrə, Zehekdə isə 2 kilometrə qədər azalıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR