71 yaşlı kilşi 28 yaşlı oğlunu bıçaqladı - Video

71 yaşlı kilşi 28 yaşlı oğlunu bıçaqladı - Video
SOSİAL
00:51 02.09.2026
122
Ata öz oğlunu bıçaqlayıb... 

AZXEBER.COM Xəzər TV-yə istinadən bildirir ki, bıçaq xəsarətləri alan 28 yaşlı oğlan xəstəxanaya çatdırılıb.

Məlumata görə, 28 yaşlı Təhmasib Novruzovla atası arasında mübahisə yaranıb. Hadisə də elə bundan sonra baş verib.

TƏBİB-dən bildirilib ki, 28 yaşlı şəxs Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Qarın divarının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir. 

Hadisəni törətməkdə şübhəli bilinən - zərərçəkənin atası, 71 yaşlı Nadir Novruzov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı videomaterialı təqdim edirik.

OXŞAR XƏBƏRLƏR