''Kool and the Gang'' qrupunun vokalisti Maykl Sumler dünyasını dəyişib.
AZXEBER.COM xəbər verir ki, 71 yaşlı müğənni Amerikada yol qəzasında həyatını itirib.
Atlanta yaxınlığında baş verən hadisədə Mayklın maşını başqa bir avtomobillə toqquşub.
Sükan arxasında əyləşən ifaçı hadisə yerində ölüb, digər avtomobilin sürücüsü isə qəzadan xəsarət almadan xilas olub.
Qeyd edək ki, Maykl 30 ildən artıqdır musiqi sənayesində fəaliyyət göstərib. 1969-cu ildə qurulan qrup 2 "Qremmi" və 7 "Amerika Musiqi Mükafatı" qazanıb.