72 min manat zəkat verən zərərçəkmiş: "Hər gecə "İmam Mehdi" kimi yuxuma girirdi"

72 min manat zəkat verən zərərçəkmiş: "Hər gecə "İmam Mehdi" kimi yuxuma girirdi"
SOSİAL
17:46 25.10.2022
321
Özünü 12-ci imam kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə baxış iclası qapalı keçirilib. Prosesə sədrlik edən hakim Eldar İsmayılov bu dəfə səbəb göstərmədən jurnalistləri zaldan çıxarıb.

Əldə etdiyimiz məlumata görə, bugünkü iclasda müdafiə tərəfi vəsatət qaldıraraq zərərçəkmişlərin zala bir-bir dəvət olunaraq ifadə vermələrini istəyib. Onlar bunu zərərçəkmiş şəxslərin iclasda təhqiredici sözlər işlətməsi ilə əsaslandırıblar.

Məhkəmə vəsatəti təmin etməyib.

Bundan sonra zərərçəkmiş qismində tanınmış Kavə Rövşəndindirilib. Məlumata görə, Kavə Rövşən avtomobil və avtomobil aksessuarlarının sarışı ilə məşğul olub. Bu iş üzrə ona 72 min manat ziyan dəydiyi iddia olunur. O, həmin pulları zəkat qismində verdiyini deyib.

Şahidin sözlərinə görə, Aqil Babayevlə tanış olduqdan sonra onun fikirlərini bəyənib. Sonralar isə hər gecə yuxuda onun "İmam Mehdi" olduğunu görüb: " Nə sual verirdimsə, hamısına mükəmməl cavab verirdi. Sonralar yuxularıma girməyə başladı. Tutaq ki, söhbət zamanı deyirdi, qiyamət olacaq, yuxuda görürdüm, deyirdi yağış yağacaq, gecəsi yuxuma girirdi. Bundan əlavə, hər dəfə yuxuda bunun imam olduğunu görürdüm. Belə deyək, məni ovsunlamışdı".

İttiham olunan şəxsin vəkilinin "Aqilin hansı qeyri-adi hərəkətini görüb ona inandınız", sualına isə zərərçəkmiş "Nə deyirdisə yuxuma girirdi", deyə cavab verib.

Təqsirləndirilən şəxs zərərçəkmişin ifadəsini qəbul etməyib.

Aqil Babayev deyib ki, zəkat pulunu zərərçəkmiş qardaşı ilə birgə yığıb: "Özləri yığıb, özləri də paylayıblar".

Proses noyabrın 15-də davam etdiriləcək.

Xatırladaq ki, "ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.
 
///APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”