"7,5 litr qan itirib" - Bacısı Erbilin səhhətindən danışdı

"7,5 litr qan itirib" - Bacısı Erbilin səhhətindən danışdı
MAQAZİN
16:26 31.10.2018
3412
Evinin vanna otağında yıxılaraq ciddi zərbə alan şoumen Mehmet Ali Erbilin səhhəti hələ də düzəlmir. 

AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, aparıcının bacısı Yeşim Erbil qardaşı ilə bağlı açıqlama verib. Həkim olan Yeşim qabırğası sınıb ağciyərinə batan Erbilin hələ də düzəlmədiyini söyləyib. 

Mülaicə zamanı 16 ildir olan xəstəliyi yenidən pisləşən şoumen ikinci dəfə yatızdırılıb. 

"Erbilin müalicəsi reanimasiyada davam edir. Ağır bir vəziyyət olduğu üçün 4-5 günə sağalmasını gözləyə bilmərik. 7,5 litr qan itirən bir xəstədə normal olaraq ürək, ağciyər, böyrək funksiyaları pozula bilər. Bütün müalicələr bunları düzəltmək üçün edilir. Hamısını geridə qoyacağına inanıram. Qardaşım güclüdür, onu gözləyən övladları var" deyə, Yasemin açıqlamasında qeyd edib.
OXŞAR XƏBƏRLƏR