75 yaşlı nənənin nəvə qisası - VİDEO

DÜNYA
15:55 05.12.2013
1219
Rusiyanın Penza şəhərində 75 yaşlıNatalya Qriqoryevahəbs olunub.
O, yeganə nəvəsinin qatilinin atasını aradan götürmək üçün evsiz-eşiksiz adamlara üz tutub. Nənə gələcək qatillərə əvvəlcə 50 min rubl verəcəyini, sonra da birotaqlı mənzilini onların adına keçirəcəyini vəd etmişdi.
N.Qriqoryevanın yeganə nəvəsi 3 il əvvəl faciəli şəkildə həlak olmuşdu. Gənc qadını onun əri İvan D. vəhşicəsinə döymüş, sonra mənzilin eyvanından aşağı atmışdı.
Bunu qadının 5 yaşlı oğlu, Natalya Qriqoryevanın nəticəsi görmüşdü.
Məhkəmə qatilə cəza versə də, nənə sakitləşməyib. Üstəlik, onun kürəkəninin atası sürəkli olaraq Natalyanın 5 yaşlı oğluna baş çəkdiyi üçün nənə lap sinirləşmişdi. Sonucda N.Qriqoryeva kürəkəninin atasını öldürmək qərarına gəlib.
Penza polisi bundan xəbər tutan kimi nənəni və onun killer qismində "tutmaq" istədiyi şəxsləri izləməyə başlayıb.
"Onlar bir neçə dəfə görüşüblər. Natalya Qriqoryeva evsiz-eşiksiz iki kişiyə potensial qurbanın fotolarını, onun hansı günlər harada olması barədə məlumatlar verib. Daha sonra isə nənə 2 bomja yemək və araq pulu verib. Natalya Qriqoryeva kürəkəninin atasının qətlə yetirilməsinin sübutu qismində onun şəxsi əşyalarının gətirilməsini istəmişdi. Nənəni qətlin necə yerinə yetiriləcəyi maraqlandırmırdı. Ona "qurban"ın papağını göstərdilər və nənə buna inandı. Natalya Qriqoryeva "ilkin ödəniş" qismində 50 min rublu verəndə tutulub. O, ittihamlarla tam razılaşıb", - Penza Prokurorluğunun yetkilisi Lüdmila Fominadeyib.

OXŞAR XƏBƏRLƏR