76 yaşlı aktrisa Sobçakı "ifritə" adlandırdı, cavab gecikmədi

76 yaşlı aktrisa Sobçakı "ifritə" adlandırdı, cavab gecikmədi
MAQAZİN
13:39 25.01.2024
162

Rusiyanın 76 yaşlı aktrisası Tatyana Vasilyeva müsahibəsində aparıcı Kseniya Sobçak haqda qalmaqallı fikirlər səsləndirib.

AZXEBER.COM xəbər verir ki, Vasilyevanın sözlərinə görə, Kseniya özündən başqa heç kimi sevmir.

"Onda insanlıqdan əsər əlamət yoxdur. Mənim üçün çox itici biridir. Heç kim də onu sevmir. Amma o var, həmişə olacaq. O ifritədir və heç kimi sevmir. Bir yaşdan sonra da çıxıb gedəcək. O nə ölkəsini nə də insanlarını sevir. Bilmirəm nəyə görə onu ölkədə saxlayırlar”.

Aktrisa əminliklə bildirib ki, Kseniya hər şeyi yalnız öz mənfəəti üçün edir və istədiyinə nail olmaq üçün medianı istifadə edir.

Onun bu açıqlamaları qarşısında Sobçak susqunluğunu pozub:

"Şəxsən mənim başa düşdüyüm kimidirsə, ifritə cadu edən qadın deməkdir. Bu da yaxşıdır, bunu iltifat kimi qəbul edirəm. Əsas odur ki, Tatyana Vasilyeva bilir ki, ifritələr həm də yandıra bilir. İnşallah iş o yerə çatmaz” sözlərini yazıb.


Aysel

OXŞAR XƏBƏRLƏR