76 yaşlı erməni biznesmen özünü öldürdü

DÜNYA
07:54 18.08.2012
1725

İrəvanda məşhur biznesmen, 76 yaşlı Mişa Ayrapetyanın öz mənzilində cəsədi aşkar edilib. Hadisə yerinə gələn İrəvan polisinin rəisi Nerses Nazaryan Ayrapetyanın intihar etdiyini bildirib. Lakin Nazaryan hadisənin motivləri barədə məlumat verməyib.

Polisin məlumatına görə, intihar baş verən vaxt Ayrapetyanın ailə üzvləri də evdə olublar. Ayrapetyan özünü «TT» tapançadan öldürüb.

Qeyd edək, Ayrapetyan qardaşlarına tikinti materialları zavodu, «Ayastan» ticarət mərkəzi, ippodrom və «BMW» dükanlar şəbəkəsi məxsusdur.

Hadisə yerinə Ermənistan hüquq-mühafizə orqanlarının rəhbər işçiləri də gəliblər.

OXŞAR XƏBƏRLƏR