76 yaşlı Sumqayıt sakini faciəli şəkildə öldü - FOTO

KRİMİNAL
15:21 13.06.2020
1234

Sumqayıtda yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Baku TV xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində yerləşən yaşayış binalarından birində baş verib.

Belə ki, 76 yaşlı Şafarenko Pyotr Nikoloyeviç yaşadığı binanın blokunda pilləkənlərlə düşərkən yıxılıb və ağır xəsarətlər alıb. Onu xəstəxanaya çatdırsalar da, təqaüdçü vəfat edib.

 

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. Şəxsin həmin binada tənha yaşadığı və spirtli içki aludəçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR