77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
SOSİAL
21:05 30.06.2026
180
Bakının Yeni Yasamal yaşayış massivini M.F.Axundov adına bağla (Bünyad Sərdarov küçəsi) əlaqələndirən 77 nömrəli və Binəqədi rayonunun Nicat Mustafayev küçəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 91 nömrəli marşrutlarda istismar olunan avtobuslar iyulun 1-dən dəyişdiriləcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata əsasən, 77 nömrəli marşrut xəttində 20, 91 nömrəli marşrut xəttində isə 10 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus fəaliyyət göstərəcək.
Hər iki marşrutda ödənişlər nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat müəyyən edilib.