77 yaşlı qadın evində yanaraq öldü

77 yaşlı qadın evində yanaraq öldü
SOSİAL
10:33 24.11.2016
1692
Bərdədə 77 yaşlı qadın evində yanaraq ölüb.

AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəi 240 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, 6 otağın yanar konstruksiyaları və ev əşyaları 192 m² sahədə yanıb. 

Yanğının kəşfiyyatı zamanı 1939-cu il təvəllüdlü Şadlinskaya Sülhiyyə Bilman qızının cəsədi aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 
OXŞAR XƏBƏRLƏR