78 kq arıqlayan qadın - FOTOLAR

MARAQLI
14:32 08.05.2014
3710
"Bu, mənim vücudumdur. Tamamən gerçək, həqiqət olan bir nəsnəni ortaya qoyduğum üçün utanmıram. Əgər o jurnal uydurma hekayələr əvəzinə real hadisədən bəhs etmək istəyirdisə, fotolarımı rədd etməməliydi".
ABŞ-ın Ayova və İllinoys ştatlarının sərhədində, Missisipi çayının sahilində yerləşən Quad Sitisdə yaşayan 28 yaşlı Bruk Birmingem belə deyir.
Əvvəllər izafi çəkili, kök olan, lakin sonradan sərt pəhriz saxlayaraq məşq etməyə başlayan və bu minvalla 78 kq arıqlayan Bruk vücudundakı dəyişikliklər barədə "Success Stories" (Uğur hekayəsi) yazıb, Shape fitnes jurnalına yollayıb.
Lakin jurnal Brukun fotolarını dərc etməkdən boyun qaçırıb.
Belədə Bruk Birmingem "Brooke: Not On a Diet" adlı bloq yaradaraq arıqlama prosesindən bəhs edib və fotolarını da əlavə edib.
Brukun bloqu indi həddən ziyadə populyardır.
Üstəlik, Shape jurnalı fotoları dərc etməyə razı olduğunu desə də, indi Bruk razı deyil.(milli.az)
OXŞAR XƏBƏRLƏR