8 aylıq hamilə qadın evində ölü tapıldı

8 aylıq hamilə qadın evində ölü tapıldı
DÜNYA
15:52 29.07.2022
433
8 aylıq hamilə qadın evində ölü tapılıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Diyarbəkirdə 8 aylıq hamilə olan Songül G qonşuları tərəfindən evdə hərəkətsiz vəziyyətdə tapılıb. 

Yerdə hərəkətsiz vəziyyətdə tapılan Songül G üçün ünvana sağlamlıq qrupları çağırılıb. Songül G-nin öldüyünü təyin edən həkimlər onu hamilə olduğu üçün rayon dövlət xəstəxanasına aparıblar.

Müdaxilələrə baxmayaraq Songül G-nin bətnində olan 8 aylıq körpəni də xilas etmək mümkün olmayıb. 

Polis hadisə ilə bağlı araşdırmalarını davam etdirir.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR