8 aylıq körpənin boğazından çıxan əşya hər kəsi təəccübləndirdi - FOTO

8 aylıq körpənin boğazından çıxan əşya hər kəsi təəccübləndirdi - FOTO
DÜNYA
13:06 22.01.2024
176
8 aylıq körpənin boğazına ilişən sancaq əməliyyatla çıxarılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Güroymak qəsəbəsində nəfəs borusuna sancaq ilişən 8 aylıq körpə uğurlu əməliyyatla sağlamlığına qovuşub.

Öskürməyə başlayan balaca oğlanın xəstəxanada çəkilən rentgenoqrafiya nəticəsində sancaq udduğu müşahidə edilib.

Təcili yardımla Güroymak Dövlət Xəstəxanasından Tatvan Dövlət Xəstəxanasına aparılan kiçik uşaq Qulaq Burun Boğaz Xəstəlikləri Mütəxəssisinin Hakan Tuhanın keçirdiyi uğurlu əməliyyatla sağlamlığına qovuşub.

Nəfəs borusundan sancaq çıxarılan körpə 2 saatlıq müşahidədən sonra evə buraxılıb.

Ayşən
 

 


OXŞAR XƏBƏRLƏR