8 ildir axtarışda olan FETÖ üzvü saxlanıldı

8 ildir axtarışda olan FETÖ üzvü saxlanıldı
DÜNYA
14:22 11.06.2025
323
İstanbulda 8 ildir axtarışda olan FETÖ üzvü həbs olunub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İstanbulda FETÖ/PDY silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə 8 ildir axtarışda olan 48 yaşlı F.Ç. adlı şəxs təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
 
Məlumata görə, F.Ç. 8 il əvvəl  Türkiyə Daxili İşlər Nazirliyinə bağlı olan İctimai Təhlükəsizlik və Asayiş Müsteşarlığında mütəxəssis vəzifəsində çalışıb, lakin FETÖ ilə əlaqəsinin müəyyən olunmasından sonra vəzifəsindən uzaqlaşdırılıb.

İstanbul Təhlükəsizlik İdarəsinin əməkdaşları F.Ç.-nin Çekmeköy rayonunun Güngören məhəlləsində yaşadığını müəyyənləşdirib. Bunun üzərinə 4 iyun tarixində müəyyən edilmiş ünvana əməliyyat keçirilib və 8 ildir qaçqın kimi axtarışda olan F.Ç. yaxalanaraq nəzarətə alınıb.

F.Ç.-nin ifadəsi alındıqdan sonra 5 iyun tarixində məhkəməyə çıxarılıb və barəsində həbs qərarı verilib. Hazırda istintaq davam edir.
 
Oksana




OXŞAR XƏBƏRLƏR