8 Mart günü İstanbul derbisi var – Tilsim qırılacaqmı?

8 Mart günü İstanbul derbisi var – Tilsim qırılacaqmı?
İDMAN
16:25 06.03.2015
1543

Superliqada mövsümün ən önəmli matçlarından biri martın 8-də, Bakı vaxtı ilə 21:00-da Kadıköydə oynanacaq. Görüşü Türkiyənin FİFA dərəcəli referisi Cüneyt Çakır idarə edəcək.

Futbolsevərlərin səbirsizliklə gözlədiyi “Fənərbağça” - “Qalatasaray” derbisi üçün satışa çıxarılan biletlər artıq bitib. Hər kəs çempionluq yolunda baş tutacaq bu vacib matçın qalibinin kim olacağını səbirsizliklə gözləyir.

İstanbul derbisi ərəfəsində hamını bir sual düşündürür: "Qalatasaray" “Şükrü Saracoğlu” sindromunu qıra biləcəkmi? Məsələ burasındadır ki, “Aslanlar” 15 ildən çoxdur Kadıköydə “krallıq” edə bilmir. İki komanda arasında “Şükrü Saracoğlu”dakı son 18 matçdan 12-də"Fənərbaxça" qalib gəlib, 5-i bərabərliklə nəticələnib. "Fənər"in bu müddətdə vurduğu 39 qola, "Qalatasaray" 13 qolla cavab verə bilib.

Baş məşqçinin özəl tapşırığı

“Qalatasaray”ın derbi öncəsi keçirdiyi məşqdə baş məşqçi Hamza Hamzaoğlunun Hamit Altıntopa olan xüsusi münasibəti diqqətlərdən yayınmayıb. "Sarı-qırmızılı" klub məşqləri tam heyətlə keçir. Bircə zədəli Melo yoxdur.

Hamzaoğlunun məşqdə Hamit Altıntopa xüsusi tapşırıqlar verdiyi diqqət çəkib. Hamitin son həftələrdə Selçuk İnanla olanuyğunlaşmasından məmnun olan Hamzaoğlu yarımmüdafiədə ötürmələrin intensiv olmasını istəyib.

“Fənər” azarkeşlərindən qorxmuram”

“Qalatasaray”ın yarımmüdafiəçisi Uesli Sneyder Superliqanın 23-cü turunda qarşılaşacaqları "Fənərbaxça" ilə oyun haqda danışıb. Holland futbolçu "Fənərbaxça" azarkeşlərinin onu qorxutmadığını bildirib:

"Bazar günü yenidən Volkan Dəmirəllə üz-üzə gələcəm. Ona bu dəfə də qol vurmaq istəyirəm. Bu derbidə qələbə qazanmaq bizim üçün çox önəmlidir. "Qalatasaray"da oynadığım müddətdə rəqib haqda xeyli məlumat toplamışam. "Fənərbaxça"nın çox çılğın azarkeşləri olduğunu bilirəm. Ancaq onlar məni qorxutmur. Çünki karyeram ərzində belə fanatlar qarşısında çox oyunlar keçirmişəm".

Bildirək ki, “Fənərbaxça"nın UEFA müfəttişləri ilə əlaqə quraraq "Qalatasaray"ı UEFA-ya şikayət etdiyi də iddia edilir.

“Ən yaxşı biz oynayırıq, qalib gələcəyik”

“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal da diqqət çəkən açıqlamalar verib:

“Öz meydanımızda və azarkeşlərimiz qarşısında oynayacağıq. Onların enerjisi bizə kömək edəcək. Rəqib futbolçuların ayaqları əsəcək. Psixoloji üstünlük bizdə olacaq. Gülən tərəfin biz olacağına inanırıq. Komandama güvənirəm. Ən yaxşı futbolu biz oynayırıq. Statistika da bunu deyir”.//publika.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədə bir gənc anası ilə görüntülü danışarkən ÖLDÜ
14:39 21.05.2025
Türkiyədə bir gənc anası ilə görüntülü danışarkən ÖLDÜ
Əfqanıstanda kömür mədənində partlayış: Ölən və yaralananlar var
14:29 21.05.2025
Əfqanıstanda kömür mədənində partlayış: Ölən və yaralananlar var
Məşhur bloger Gömrük Komitəsindən şikayət etdi: "İşçilərinizin özbaşınalığı vətəndaşları boğaza yığıb!"
14:28 21.05.2025
Məşhur bloger Gömrük Komitəsindən şikayət etdi: "İşçilərinizin özbaşınalığı vətəndaşları boğaza yığıb!"
Abşeronda evə gec gələn kişi arvadının başında fincan sındırdı
14:24 21.05.2025
Abşeronda evə gec gələn kişi arvadının başında fincan sındırdı
İmişlidə qalmaqallı hadisədən sonra Ağsaqqallar Şurasına yeni sədr seçildi
14:15 21.05.2025
İmişlidə qalmaqallı hadisədən sonra Ağsaqqallar Şurasına yeni sədr seçildi
Ramiz Rövşən: " Nəzakət Teymurova dinlədiyim tək xanəndələrdəndir"
14:12 21.05.2025
Ramiz Rövşən: " Nəzakət Teymurova dinlədiyim tək xanəndələrdəndir"
Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verdi
14:11 21.05.2025
Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verdi
ABŞ-də erməni mütəşəkkil cinayətkar dəstənin 13 üzvü saxlanıldı
14:01 21.05.2025
ABŞ-də erməni mütəşəkkil cinayətkar dəstənin 13 üzvü saxlanıldı
Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək
13:48 21.05.2025
Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək
DGK ölkəyə idxalın kəskin artmasının səbəbini AÇIQLADI
13:46 21.05.2025
DGK ölkəyə idxalın kəskin artmasının səbəbini AÇIQLADI
Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
13:31 21.05.2025
Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
13:29 21.05.2025
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib
13:27 21.05.2025
Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nə isə törədəcəyik" - Aktyor etiraz etdi
13:24 21.05.2025
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nə isə törədəcəyik" - Aktyor etiraz etdi
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
13:22 21.05.2025
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır
13:07 21.05.2025
Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır