8 martda müəllimlərə hədiyyə alınmalıdırmı? - Sabiq nazirlərdən AÇIQLAMA

8 martda müəllimlərə hədiyyə alınmalıdırmı? - Sabiq nazirlərdən AÇIQLAMA
SOSİAL
21:51 01.03.2024
334
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk müəllimlər haqqında "əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir” deyib.

Bizə öyrədilən və gördüyümüz reallıq da odur ki, yaşadığımız cəmiyyət yaxşı və ya pis olmasından asılı olmayaraq, müəllimlərin əsəridir.

"Müqəddəs peşə sahibləri” dediyimiz müəllimlərə verilən dəyər və bu dəyərin meyarı cəmiyyətimizdə daim müzakirə olunub.

Xüsusilə, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadın müəllimlərə hədiyyə verilməsi əksər hallarda xoş qarşılanmır. Bu mövzuda cəmiyyət iki qismə bölünür: tənqid edənlər və normal qarşılayanlar. Təbii ki, tənqid edənlər daha çoxdur.

Bəs görəsən, sabiq təhsil nazirləri bu mövzuda nə düşünürlər?

Bizim.Media mövzu ilə bağlı sabiq təhsil nazirlərinin fikirlərini öyrənib.

Keçmiş təhsil naziri Firudin Cəlilov məsələyə belə yanaşıb:

"Müəllimlər iki qrupa bölünüb. Vicdanlı və acgöz müəllimlər. Müəllimlərə eyni baxış bucağından baxmaq olmur. Ümumən şagirdin müəllimə hədiyyə verməsi düz deyil. Bunu dövlət etməlidir. Məsələn, mükafat yazılmalıdır, həvəsləndirilməlidir.

Müəllimin maaşı bütün məmurların maaşından üstün olmalıdır. Vaxtilə Atatürkdən də soruşublar ki, "məmurların maaşını necə yazaq?” O da deyib ki, "məmurların maaşı müəllimlərdən çox olmasın”.

Sabit təhsil naziri Misir Mərdanovun fikrincə, müəllimlər üçün pul yığılmalı deyil:

"Bir müəllim dərs dediyi sinfin şagirdlərinə özünü sevdirə bilibsə, valideynlərin də ona münasibəti müsbətdirsə, imkanı odluğu halda bayram günü bir dəstə gül verməsi qəbahət deyil. Nə olar, insan insanı təbrik edər də.

Yoxsa toplaşasan, pul yığasan, biri verə, digəri verməyə, bunun tərəfdarı deyiləm. Bir dəstə gül də ürəkdən gəlməlidir, məcbur yox. Son zamanlar məsələni elə həddə çatdırıblar ki, bəzi müəllimlər heç bir hədiyyəni qəbul etmirlər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər