8 nəfərin xəsarət aldığı qəzanın səbəbi bilindi - iribuynuzlu heyvana görə

8 nəfərin xəsarət aldığı qəzanın səbəbi bilindi - iribuynuzlu heyvana görə
SOSİAL
15:34 23.08.2019
2777
Hacıqabul rayonunda mikroavtobus qəzaya uğrayıb.
 
AZXEBER.COM Real.TV-yə istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Muğanla Xilə kəndi arasından keçən hissəsində qeydə alınıb.

Hacıqabulda baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar Şirvan xəstəxanasına müxtəlif dərəcəli xəsarətlərlə 8 nəfər müraciət edib.

Xasarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bildirilir ki, sürücü Abdulrəhimov Elvin Elşən oğlunun idarə etdiyi mikroavtobusun qarşısına iribuynuzlu heyvan çıxdığı üçün qəza baş verib.
OXŞAR XƏBƏRLƏR