“8 Noyabr” metrostansiyası nə zaman açılacaq? - AÇIQLAMA

“8 Noyabr” metrostansiyası nə zaman açılacaq? - AÇIQLAMA
SOSİAL
10:16 16.01.2021
376
"8 Noyabr” stansiyasında infrastruktur baxımından tamamlanma işləri görülür”

Bunu "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq deyib.

O bildirib ki, stansiyasının açılışı ilə bağlı hələ ki, dəqiq tarix müəyyən olunmayıb:

"Stansiyanın açılışı ilə bağlı dəqiq tarix bəlli olanda bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə həmin stansiyanın yanvarın sonunda açılacağı ilə bağlı iddialar yayılıb.
OXŞAR XƏBƏRLƏR