“8 noyabr” prospektində köhnə dəmiryolu relsləri niyə sökülür? - VİDEO

“8 noyabr” prospektində köhnə dəmiryolu relsləri niyə sökülür? - VİDEO
SOSİAL
22:07 10.03.2026
111
"8 Noyabr” prospekti üzərində Nargilə dairəsi istiqamətində köhnə dəmir yolu relslərinin sökülməsi ilə bağlı işlər aparılır. Ərazi müvəqqəti olaraq hasarlanıb, xüsusi texnikalar işləyir, bəzi hissələrdə relslər artıq tam sökülüb.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, məlum olub ki, söküntülər paytaxtda yeni kanalizasiya kollektorunun çəkilməsi ilə əlaqədardır. Köhnə sənaye infrastrukturu kollektorun tikinti trayektoriyasına düşdüyü üçün həmin hissələr mərhələli şəkildə sökülür.

Ərazidə çalışan işçilərlə söhbət zamanı məlum olub ki, burada yeraltı kollektor xətti yeni üsulla çəkilir.

"8 Noyabr” prospekti boyunca görünən relslər bir vaxtlar neft sənayesinə xidmət edən sənaye dəmir yolu qollarından biri hesab olunurdu.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə aparılan söküntü işləri Sahil kollektorunun tikintisi ilə əlaqədardır. Layihə "Dəniz Mall" ərazisindən başlayaraq "Nargilə” kafesinin yaxınlığında yerləşən mövcud nasosxanaya qədər uzanır və mikrotunel üsulu ilə inşa olunur. Uzunluğu təxminən 9,8 km olan və diametri 2000 mm dəmir-beton borulardan ibarət kollektorun böyük hissəsinin tikintisi artıq tamamlanıb. İşlərin 2028-ci ildə yekunlaşdırılması planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR