8 ton qarpızı satdı, Qəzzaya yardım göndərdi

8 ton qarpızı satdı, Qəzzaya yardım göndərdi
DÜNYA
17:14 21.07.2025
334
20 ilə yaxındır Sivasda yeməkxana işlədən və həyatını yardıma həsr edən könüllü Gülər Aktaş adlı qadının addımı böyük rəğbət qazanıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, öz səyləri ilə qurduğu təmaslar nəticəsində Adıyamandan gətirdiyi 8 ton qarpızı satıb və əldə etdiyi gəliri Qəzzada yardım gözləyən fələstinlilərə göndəırib.
 
Məqsədinin dünyanın hər yerindəki kasıb və məzlumlara yardım çatdırmaq olduğunu ifadə edən Aktaş, "İnsanlara əlimizdən gəldiyi qədər kömək etməyə çalışırıq. Sivasdakı, Türkiyədəki və xaricdəki qardaşlarımıza yardım çatdırırıq. Xüsusilə Afrika bölgəsinə və Qəzzaya intensiv yardım edirik" deyə bildirib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR