8 yaşlı uşağı oğurlayan "İŞİD-çi"dən şok açıqlama- VİDEO

SOSİAL
11:20 12.05.2016
8912
"İŞİD-lə bağlı saytlara baxıb bu hərəkəti etmişəm".
Anspress-in məlumatına görə, bu sözləri özünü İŞİD-çi kimi təqdim edən və 8 yaşlı uşağı oğurlayan Elnur Məmmədov deyib.
"Atasına birinci növbədə 10 min, daha sonra 20 min verəcəyini bildirdim. Saat 9-da yenidən ona zəng elədim və Ramanada "Sahə 2" deyilən ərazidə qara qapı var, demişdim ki, pulu qoysun ora. Pulu götürəndə polis əməkdaşları məni yaxaladılar", - deyə təqsirləndirilən şəxs bildirdi.
Elnur Məmmədov 8 yaşlı Hüseyn Ramazanlını mayın 9-da qaçırıb. Bu haqda polis əməkdaşlarına uşağın atası Elnur Ramazanlı məlumat verib. Ata bildirib ki, mobil telefonuna dəfələrlə zəng edilərək oğlu Hüseyni girov götürülməsi barədə məlumat verilib. Elnur Məmmədov uşağın azad edilməsi müqabilində 30 000 manat pul istəyib, polisə bu barədə məlumat veriləcəyi təqdirdə Hüseynin valideynlərini uşağın orqanlarını çıxarıb satacağı ilə şantaj edib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini Elnur Məmmədov tutulub.
Hüseynin qonşusu 12 yaşlı Ülvi ANS TV-yə bildirib ki, əvvəlcə onu oğurlamaq istəyiblər. Lakin Ülvi "atam məni bura gələndə gördü" deyərək qaça bilib. "Daha sonra mənim başqa bir sinif yoldaşımı oğurlamaq istədilər, lakin alınmadı və 2 gün bundan əvvəl həyətdə velosiped sürərkən gəlib Hüseyni qaçırdıblar", - deyə uşaq bildirib.
Şəhərcikdə tikintisi başa çatmamış ikimərtəbəli tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib. Hüseynin anası Ramilə Ramazanlının sözlərinə görə, oğlu bu hadisədən bərk qorxub. Ailə başçısı oğlu Hüseynlə ekspertizada olduğundan onlarla görüşmək mümkün olmayıb.
8 yaşlı uşağı qaçırıb bu yarıtikilidə girov saxlayan Elnur Məmmədovun bu ayın axırında toyu olacaq. 12 yaşlı Ülvinin sözlərinə görə, Elnur Hüseynə deyib ki, o, adam oğurluğunu Türkiyə telekanallarında efirə gedən "Arka Sokaklar" serialından öyrənib.
Faktla bağlı Cinayət Məcəlləsinin 144.3 (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:03 24.10.2021

Somalidə hərbçilərlə yaraqlılar arasında toqquşmalar zamanı 30 nəfər ölüb

21:33 24.10.2021

"Ərdəbildən Azərbaycana dəmir yolu xətti çəkiləcək”

21:13 24.10.2021

Rövşən Məmmədov: "Azərbaycan Türk Şurasının mediaforumunda təkliflər irəli sürüb"

20:58 24.10.2021

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

20:52 24.10.2021

Əfqanıstanda İŞİD-in 50 üzvü hakimiyyət orqanlarına təslim olub

20:40 24.10.2021

Metroda tutulan koronavirus xəstəsi: “Hava almağa çıxmışdım” - FOTO

19:16 24.10.2021

İsveçdə qətlə yetirilən soydaşımızın cənazəsi Azərbaycana gətiriləcək

18:51 24.10.2021

Türkiyə DİN-dən əməliyyat: 813 nəfər axtarışda olan şəxs saxlanıldı, 19 itkin düşmüş şəxs tapıldı

18:33 24.10.2021

Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında çıxış edəcək

17:34 24.10.2021

Bakıda dəhşətli hadisə: Məşhur bloqqer intihar etdi - FOTO

17:06 24.10.2021

Azərbaycanda ilk dəfə Zəfər Tibb Simpoziumu keçiriləcək

16:43 24.10.2021

Yaqub Zurufçunun ölümündən 40 gün ötür

16:13 24.10.2021

İranda koronavirusdan daha 171 nəfər öldü

15:59 24.10.2021

Azərbaycanlı alim vəfat etdi - FOTO

15:42 24.10.2021

“WhatsApp” istifadəçilərinin nəzərinə: Hamının gözlədiyi funksiya gəlir

15:21 24.10.2021

Ehtiyatda olan bir qrup hərbi vəzifəlilər təlimə çağrılır - Müdafiə Nazirliyindən açıqlama