80 yaşlı alpinist Everesti fəth etdi

İQTİSADİYYAT
10:10 24.05.2013
1612

80 yaşlı yapon alpinisti Everesti fəth etməyə nail olub.

AZXEBER.COM-un məlumatına görə, 80 yaşlı yapon alpinisti Yuikiro Miura Everesti növbəti dəfə fəth edib.

Bununla da o, indi dünyanın ən hündür zirvəsini fəth edən ən yaşlı alpinist sayılır.Yuikiro Miura zirvəni fəth etmək üçün mayın 16-da Nepalda 5300 metr hündürlükdəki baza düşərgəsindən yola çıxıb. Bundan sonra bir neçə çətin keçilən yerlərdən, eləcə də “Icefall” buzlağından və “Lhotse Face” buz divarından keçməli olub.Mayın 23-də isə 8500 metr hündürlükdə yerləşən sonuncu düşərgəni tərk etmişdi. 8848 metr hündürlüyə malik zirvəyə yetişmək üçün qocaman alpinistə təxminən 8 sutka vaxt lazım gəlib.Xatırladaq ki, Yuikiro Miura dünyanın ən hündür zirvəsini üçüncü dəfədir ki fəth edir.

OXŞAR XƏBƏRLƏR