Yevlaxda 80 yaşlı kişi dəm qazından boğularaq ölüb.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, 1944-cü il təvəllüdlü Hümbət Eyvaz oğlu Hümbətov yaşadığı evin həyətində yerləşən hamam otağında qazdan zəhərlənib.
Onun meyitini yaxınları aşkar edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.