Zaqatalada yanğın olub.
Hadisə şəhər ərazisində yerləşən evlərdən birində qeydə alınıb. Ümumi sahəsi 56 kv.m olan tikilidə baş verən yanğın söndürüldükdən sonra sobanın üstündən yanmış kişi meyidi aşkar edilib.
Araşdırmalar zamanı meyidi tapılan şəxsin 1937-ci il təvəllüdlü Rəsul Musa oğlu Musayev olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.